0
Wednesday 16 November 2011 - 18:37

Böyük Britaniya işsizlik burulğanında

Story Code : 114449
Böyük Britaniya işsizlik burulğanında
Böyük Britaniya işsizlik burulğanında
Bu ilin iyul-sentyabr aylarında Böyük Britaniyada işsizlərin sayı daha 129 min nəfər artaraq 2,62 milyon nəfərə çatıb.Bu, əmək qabiliyyətli əhalinin 8,3 faizi deməkdir.

Ölkənin Milli Statistika Bürosunun (ONS) məlumatına görə, bu, 1994-cü ilin sentyabr ayından bu yana ölkədə mövcud olan işsizliyin maksimal göstəricisidir.

ONS-in məlumatına görə, işsizliyin rekord səviyyəsi 16-24 yaşlı gənclər arasında artımı qeydə alınıb. Son 3 ay ərzində bu kateqoriyadan olan göstərici 67 min nəfər artaraq 1,02 milyon nəfərə çatıb. Bu isə bu qrupa aid olan əmək qabiliyyətli insanların 21,9 faizini təşkil edir.

Belə ki, ölkədə işsiz kişilərin sayı son 3 ay ərzində 86 min nəfər artaraq 1,53 milyon nəfərə çatıb. İşsiz qadınların sayı isə bu müddət ərzində 43 min nəfər artaraq 1,09 milyon nəfər təşkil edib. Son bir il ərzində özünə iş tapa bilməyənlərin sayı isə 868 min nəfərə çatıb.
Comment