0
Tuesday 9 July 2024 - 10:54

Qərb təşvişdə: “Ukrayna Putinin şərtləri ilə sülhə gedə bilər”

Story Code : 1146657
Qərb təşvişdə: “Ukrayna Putinin şərtləri ilə sülhə gedə bilər”
Teleqraf.com xəbər verir ki, bunu “Sky News”un redaktoru Debora Hayns deyib.

Onun sözlərinə görə, Rusiya lideri Vladimir Putinin bu həftə Vaşinqtonda keçiriləcək NATO sammiti ərəfəsində gündəmə hakim olmaq üçün Ukraynaya yeni hücum əmri verəcəyi gözlənilən idi.

“Dünən baş verən raket zərbələri (Kiyev də daxil olmaqla – red.) müttəfiq ölkələr arasında Kiyevin qalib gələ bilməyəcəyini və Rusiyanın geri çəkilmək əlaməti göstərmədiyini nəzərə alsaq, hansısa sülh sazişinə məcbur edilməsi qorxusunu artıracaq”, - jurnalist bildirib.

Hayns iddia edir ki, Ukraynaya hücumla yanaşı, Moskvanın Vaşinqton sammiti ərəfəsində NATO üzvü olan bir dövlətə gizli hücuma cəhd edə biləcəyi ilə bağlı qorxular da olub: “Məsələn, qlobal qaydaları pozmağa hazır olduğunu göstərmək və NATO-nun mümkün reaksiyasını yoxlamaq üçün kritik infrastruktura kiberhücum təşkil edilə bilərdi”.

 
Comment