0
Friday 18 November 2011 - 12:46

ABŞ-da 17 noyabr aksiyasında kütləvi həbslər olub

Story Code : 114938
ABŞ-da 17 noyabr aksiyasında kütləvi həbslər olub
ABŞ-da 17 noyabr aksiyasında kütləvi həbslər olub
Dünən isə (17 noyabr) nümayişçilər Nyu-Yorkun Zukutti Parkında - aksiyaların ilk başladığı yerə toplaşıb. Xatırladaq ki, iki gün öncə polis həmin Parkdan nümayişçiləri dağıtmışdı. Məlumatlara görə dünən 30 mindən artıq nümayişçi bir araya gəlib. /Occupywallst.org/ Lakin nümayişlər təkcə Nyu-Yorkda deyil, digər şəhərlərdə də davam edir. Həmçinin ABŞ-a dəstək verən digər ölkələrin vətəndaşları da öz vətənlərində etiraz aksiyaları keçirir. 

17 noyabr nümayişlərində
 

- Los Ancelesdə aksiya iştirakçıları əsas küçələrdən birinə gedən körpünü bağlayıblar. Hadisə yerində 16 nəfər həbs edilib.
- Portlandda "Steel körpüsü" "işğal edilib".
- Detroiddə minlərlə nümayişçi "2nd Ave" körpüsündə yürüş ediblər.
- Filadelfiyada 1 500 nəfər "Market St" körpüsündə yürüş ediblər, azı 25 nəfər həbs edilib.
- Mayamidə 2 000-dən artıq insan "Jose Marti" Parkına toplaşıb.
- Hartfordda azı 10 nümayişçi həbs edilib.
- Hyustonda 500 nəfər nümayişçinin qarşısı alınıb, azı 12 nəfər həbs edilib.
- Pitsburqda nümayişçilər "Greenfield" körpüsünə daxil ola bilməyiblər.
- Baltimorda "Howard Street" körpüsü nümayişçilərin əlinə keçib.



Həmçinin aşağıdakı körpülər polislər tərəfindən mühafizə olunduğuna görə, nümayişçilər daxil ola bilməyib:- St. Louis, - Milwaukee, - Great Falls, - Minneapolis, - Kalamazoo, - Augusta, - Saginaw, - Cleveland, - Richmond, - Iowa City və s.

ABŞ vətəndaşlarına dəstək verən insanlar bu ölkələrdə geniş nümayişlər keçiriblər:
- Kanada- Yaponiya- B.Britaniya- İspaniya- Almaniya- Yunanıstan və s.
Source : Deyerler
Comment