QR CodeQR Code

Keçmiş baş nazir şou-biznesə qoşuldu

18 Nov 2011 12:52

IslamTimes - Berluskoni öz mahnılarından ibarət “Həqiqi məhəbbət” adlı toplu buraxmaq niyyətindədir


İtaliyanın sabiq baş naziri Silvio Berluskoni musiqi ilə məşğul olmaq qərarına gəlib. Berluskoni hələ baş nazir olarkən musiqi ilə məşğul olmaq üçün vaxt azlığından şikayət edirdi. Artıq o, öz mahnılarından və balladalarından ibarət “Həqiqi məhəbbət” adlı toplu buraxmaq niyyətindədir. Musiqi toplusu noyabrın 22-də satışa çıxarılacaq. Albomdakı 11 mahnının hamısı Berluskoniyə aiddir, lakin onları siyasətçiyə yaxınlığı ilə tanınan nepolitan müğənni Mariano Apisella ifa edib.Xatırladaq ki, Berluskoni gəncliyində turistlərə mahnı ifa etməklə pul qazanırdı. /Deyerler/


Story Code: 114942

News Link :
https://www.islamtimes.org/az/news/114942/keçmiş-baş-nazir-şou-biznesə-qoşuldu

Islam Times
  https://www.islamtimes.org