QR CodeQR Code

Türkiyə İsrail rejimini qınayan bəyanat yayıb

Deyerler , 18 Nov 2011 21:43

IslamTimes - Türkiyə Xarici İşlər Nazirliyi işğal altındakı ərazilərdə qanundankənar tikinti işlərinə davam edən İsrail rejimini qınayıb.


Türkiyə XİN-dən yayılan yazılı açıqlamada İsrail rejiminin işğal altındakı Fələstin torpaqlarında həyata keçirdiyi tikinti fəaliyyətlərinə əlavə olaraq, çoxu Şərqi Qüdsdə olmaqla təxminən 2000 evin inşa edilməsi üçün yeni tenderlər elan etmə qərarı şiddətlə qınanıb. Bəyanatda bildirilir ki, İsrail rejiminin beynəlxalq camiənin bütün çağırışlarına baxmayaraq, israrla həyata keçirdiyi fəaliyyətlər beynəlxalq qanunların açıq şəkildə pozulmasıdır.


Bundan başqa, bəyanatda qeyd edilir ki, İsrail rejimi Yaxın Şərqdə davamlı sülhün bərqərar olması üçün beynəlxalq hüquqdan qaynaqlanan öhdəliklərini dərhal yerinə gətirməlidir.


Story Code: 115051

News Link :
https://www.islamtimes.org/az/news/115051/türkiyə-israil-rejimini-qınayan-bəyanat-yayıb

Islam Times
  https://www.islamtimes.org