QR CodeQR Code

Qahirədə nümayişçilər və polislər arasında qarşıdurma yenidən başlayıb

20 Nov 2011 06:36

IslamTimes - Qahirənin Təhrir meydanı rayonunda və nümayişçilərlə polislər arasında qarşıdurma yenidən başlayıb.


Nümayişçilər Təhrir meydanına daxil olmağa cəhd göstərirlər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları gözyaşardıcı qazdan istifadə edirlər. Nümayişçilər isə polislərə içərisində yandırıcı maddə olan şüşələr atırlar. Daxili işlər nazirliyi meydana yeni qüvvələr göndərmək qərarına gəlib. Daxili işlər nazirliyinin binasının qorunmasına xüsusi diqqət göstərilir. Burada onlarla zirehli transportyor yerləşdirilib.

Hazırda 500-dən artıq insanın yaralandığı məlumdur. Onlarla qarşıdurma iştirakçısı həbs olunub.

Aksiya iştirakçıları hərbçilərdən hökuməti mülki şəxslərə verməyi tələb edirlər. /apa/


Story Code: 115463

News Link :
https://www.islamtimes.org/az/news/115463/qahirədə-nümayişçilər-və-polislər-arasında-qarşıdurma-yenidən-başlayıb

Islam Times
  https://www.islamtimes.org