0
Sunday 20 November 2011 - 06:36

Qahirədə nümayişçilər və polislər arasında qarşıdurma yenidən başlayıb

Story Code : 115463
Qahirədə nümayişçilər və polislər arasında qarşıdurma yenidən başlayıb
Qahirədə nümayişçilər və polislər arasında qarşıdurma yenidən başlayıb
Nümayişçilər Təhrir meydanına daxil olmağa cəhd göstərirlər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları gözyaşardıcı qazdan istifadə edirlər. Nümayişçilər isə polislərə içərisində yandırıcı maddə olan şüşələr atırlar. Daxili işlər nazirliyi meydana yeni qüvvələr göndərmək qərarına gəlib. Daxili işlər nazirliyinin binasının qorunmasına xüsusi diqqət göstərilir. Burada onlarla zirehli transportyor yerləşdirilib.

Hazırda 500-dən artıq insanın yaralandığı məlumdur. Onlarla qarşıdurma iştirakçısı həbs olunub.

Aksiya iştirakçıları hərbçilərdən hökuməti mülki şəxslərə verməyi tələb edirlər. /apa/
Comment