QR CodeQR Code

Türkiyədə təyyarə qəzaya uğrayıb

XezerXeber , 20 Nov 2011 07:14

IslamTimes - Türkiyənin İzmir şəhəri yaxınlığında Türk Hava Kurumuna (THK) aid təlim təyyarəsi qəzaya uğrayıb.


Hadisə ötən gün Türkiyə vaxtı ilə saat 12:00-da baş verib.

«T-67» tipli təlim təyyarəsinin qəzaya uğraması nəticəsində təlimçi-pilot Nəcmi Mızrak və təlimçi-pilot dərəcəsi almaq istəyən, keçmiş hərbi pilot Əli Can Ergün həlak olublar.

Qəzanın hansı səbəbdən baş verdiyi açıqlanmır.

Məlumatlara görə, təlimçi-pilot N.Mizrak 6 il əvvəl – 2005-ci ildə Antalyada təyyarə qəzasına uğrasa da, sağ qalıb. /apa


Story Code: 115465

News Link :
https://www.islamtimes.org/az/news/115465/türkiyədə-təyyarə-qəzaya-uğrayıb

Islam Times
  https://www.islamtimes.org