0
Sunday 20 November 2011 - 10:15

Təhrir meydanında qanlı Şənbə

Story Code : 115478
Təhrir meydanında qanlı Şənbə
Təhrir meydanında qanlı Şənbə
Şənbə günü Misirin məhşur Təhrir meydanında yeni etiraz aksiyaları baş qaldırıb. Polis Mübarək rejiminin zülm dərslərini unutmayaraq minlərlə insana qarşı plastik güllələrdən və göz yaşardıcı qazlardan atəş açıb. Misirin Səhiyyə nazirliyinin bildirdiyinə əsasən 507 nəfər müxtəlif xəsarətlər alıb. Onlardan fəqət 20 nəfəri polis və bir neçə milli təhlükəsizlik idarəsinin əməkdaşları var. Nümayışçiləri Təhrir meydanına buraxmaq istəməyən dövlət sonda Daxili İşlər Nazirliyinin və Ordunun əleyhinə şüarlar eşitmək məcburiyyətində qalıb. Mübarək rejiminin devrilməsində böyük rol oynayan müxalifət polisin bu hərəkətinə qarşı sərt çıxışlar edib.
Source : Azadxeber
Comment