QR CodeQR Code

İsrail BMT-in qərarlarına məhəl qoymadan Livanın quru və hava sahələrini pozub

20 Nov 2011 10:34

IslamTimes - İsrailin hərbi təyyarələri dünən Livanın "Əl Arkub", "Hasbia", "Batı Əl Beka" və "Əl Tifah" bölgələri üzərində orta yüksəklikdə uçuşlar ediblər.


Digər tərəfdən İsrailli pilotsuz təyyarələri də "Şebə" bölgəsinin səmalarında yarım saata qədər uçuşlar həyata keçirib.

Bu vaxt İsrailin Merkava tankları da Livanın quru sərhədlərini pozaraq ölkənin bəzi bölgələrinə girib.

Eyni xəbərə görə, İsrailli bir patrul da, Livanın "Əl Gacr" kəndinə girərək bölgədə olub.

Qeyd edək ki, BMT-in Livanın quru və hava sahələrinin İsrail tərəfindən pozulmamağına dair verdiyi qərara baxmayaraq İsrailin bu istiqamətdəki cəhdləri davam etməkdədir.


Story Code: 115491

News Link :
https://www.islamtimes.org/az/news/115491/israil-bmt-in-qərarlarına-məhəl-qoymadan-livanın-quru-və-hava-sahələrini-pozub

Islam Times
  https://www.islamtimes.org