QR CodeQR Code

ABŞ Azərbaycandakı səfirini dəyişir?

20 Nov 2011 12:28

IslamTimes - “ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza dekabrda bu vəzifəsindən və ölkəmizdən birdəfəlik gedəcək.


Onun bu vəzifəyə təyinatı cəmi bir il əvvəl baş versə də, diplomat artıq çamadan əhval-ruhiyyəsindədir. Brayza Bakını yaxın bir aya, Milad bayramına qədər tərk edəcək”. Xəbər redaksiyamıza diplomatik çevrələrə yaxın qaynaqlardan daxil olub. Məlumata görə, Azərbaycana və onun reallıqlarına digər amerikalı siyasətçi və diplomatlardan daha yaxşı bələd olan Metyu Brayzanın səfir kimi buradakı fəaliyyətinə son qoyması onun öz ölkəsindəki daxili siyasi proseslərlə bağlıdır. Yəni diplomat bu postdan birbaşa səlahiyyət müddətinin başa çatması amilinə, yaxud hər hansı texniki problemə görə yox, dolayısı ilə gələn ilin noyabrında ABŞ-da keçiriləcək prezident seçkiləri ilə əlaqədar ayrılmaq məcburiyyətindədir. Bunun kökləri isə ötən ilin ortalarına gedib çıxır.


Story Code: 115531

News Link :
https://www.islamtimes.org/az/news/115531/abş-azərbaycandakı-səfirini-dəyişir

Islam Times
  https://www.islamtimes.org