0
Monday 21 November 2011 - 11:47

İran generallarından ABŞ və İsrail rejiminin təhdidlərinə cavab

Story Code : 115803
İran generallarından ABŞ və İsrail rejiminin təhdidlərinə cavab
İran generallarından ABŞ və İsrail rejiminin təhdidlərinə cavab
General Səfəvi ölkəsinə müharibə elan edənləri peşman edəcəklərini qeyd edib. “Düşmənlər bilsin ki, onların İrana qarşı hər cür hərbi təhdidi gözləmədikləri bir şəkildə cavablandırılacaq”.

ABŞ və İsrail rejiminin ən pis vəziyyətdə olduğunu və heç bir hədəfə çatmadığını bildirən Səfəvi, müharibə olarsa, müharibənin kontrolunu və sərhədlərini İranın müəyyən edəcəyini bildirib.

General Qulaməli Rəşid isə öz növbəsində İsrail rejiminin təhdidlərini həyata keçirmək gücdə olmadığını, onların sadəcə psixoloji müharibə apardığını qeyd edib. O bildirib ki, İrana qarşı hücum olarsa, raketlərlə İsrail rejiminin bütün mərkəzlərini vura biləcəklər.
Source : Deyerler
Comment