QR CodeQR Code

"İctimai TV"-in əməkdaşı səhv olmadığını dedi, amma...

Deyerler , 22 Nov 2011 15:25

IslamTimes - Az öncə "İctimai TV"-nin rəsmi saytı olan "www.itv.az" saytının ingilis dili versiyasında yayımlanmış bir xəbərdə Azərbaycanın xəritəsi təhrif olunması haqda xəbər vermişdik.


"Deyerler.org" məlumatı dəqiqləşdirmək üçün "İctimai TV" ilə əlaqə saxladı. Adını və kim olduğunu deməyən "İctimai TV" əməkdaşı bizi inandırmağa çalışdı ki, şəkildə heç bir problem yoxdur. O inadla bildirdi ki, xəritədə bütün işğal olunmuş rayonların adı var, yaxşı-yaxşı baxmaq lazımdır.



Xəbəri yeniləyəndə xəritənin qaydasında olduğunu gördük. Amma reallıq budur ki, 20 dəqiqə öncə saytın şəkilmiş şəklində təhrif olunmuş xəritə yer almışdı.


"İctimai TV"-nin saytında Azərbaycan xəritəsi təhrif olundu

2011-11-22 10:25:32

"İctimai TV"-nin rəsmi saytı olan "www.itv.az" saytının ingilis dili versiyasında yayımlanmış bir xəbərdə Azərbaycanın xəritəsi təhrif olunub. Bu barədə sosial şəbəkədə məlumat yayılıb. Belə ki, "New big atlas of Azerbaijan to be made" adlı xəbərin şəklində Azərbaytcan xəritəsi təhrif olunmuş formada - işğal olunmuş ərazilər olmadan göstərilib.



Story Code: 116242

News Link :
https://www.islamtimes.org/az/news/116242/ictimai-tv-in-əməkdaşı-səhv-olmadığını-dedi-amma

Islam Times
  https://www.islamtimes.org