QR CodeQR Code

Nyu-York müharibə meydanıdır

HaqqYolu , 22 Nov 2011 15:35

IslamTimes - Wall Street əleyhinə etirazların genişlənməsi nəticəsində Nyu-Yorkun meri Maykel Blumberq min nəfər polis qüvvəsinin hazır vəziyyətə gəlməsinə dair göstəriş verib


Wall Street əleyhinə etirazların genişlənməsi nəticəsində Nyu-Yorkun meri Maykel Blumberq min nəfər polis qüvvəsinin hazır vəziyyətə gəlməsinə dair göstəriş verib. Frans Pressin məlumatına görə Maykel Blumberq bir terror aktının zərərsizləşdirilməsinə dair məlumatlar verərək min polis qüvvəsinin Nyu-Yorkda yerləşdirilməsinin zəruriliyini vurğulayıb.
Nyu-York meri deyib: Nyu-York Polis İdarəsi bəzi hədələr ucbatından anti-terror əməliyyatları üzrə təmərküzləşib.

Blumberq təkidlə bildirmişdir ki, polis qərargahı və poçt mərkəzlərini ,həmçinin İraq və Əfqanıstandan qayıtmış əsgərləri hədəfə almaq niyyəti ilə planlar hazırlamış bir əl-Qaidə tərəfdarı öz evində yaxalanmışdır.

Nyu-York merinin bu iddiaları elə bir şəraitdə səsləndirilir ki, Wall Street əleyhinə etiraz qaldıranlar neçə gün əvvəl onun mənzili qarşısında toplaşıb, Manhattan məhəlləsinin cənubunda qurulmuş polis qərargahının yığışdırılmasını tələb etmişdilər.

Etirazçılardan biri polis qüvvələrinin Zakkuti parkında toplaşanlara divan tutmasına toxunaraq demişdi: O bizim görüşümüzə gəlmişdi, biz də indi gəlmişik onu ziyarət edək.

Etirazçılardan bəzisi də plakatlar götürərək polis qüvvələrinin dinc aksiyaçılara qarşı istiot espirisindən istifadəsini pisləmişdir.


Story Code: 116254

News Link :
https://www.islamtimes.org/az/news/116254/nyu-york-müharibə-meydanıdır

Islam Times
  https://www.islamtimes.org