QR CodeQR Code

Abdullah Gül İsrail rejiminə bu fotonu xatırladıb

Deyerler , 23 Nov 2011 17:39

IslamTimes - İngiltərə ziyarətini davam etdirən Türkiyə prezidenti Abdullah Gül İsrail rejiminin bugünkü siyasəti ilə müttəfiqlərini də boğaza yığdığını bildirib.


“Hər kəs bəlkə də vicdanından keçəni söyləyə bilmir. Amma mikrafon yaddan çıxdığı vaxt ən güvəndiyi müttəfiqlərinin belə onlarla bağlı nə düşündüyünü hər kəs görür”, - deyə Gül bildirib.

Prezident Abdullah Gül İngiltərə Xarici İşlər Nazirliyinin fikir qurumu olan “Wilton Park”da “Yaxın Şərqdə tarixi dəyişiklik və bunun qlobal siyasətə təsiri” mövzusunda etdiyi çıxışda bu fikirləri ifadə edib.

Eyni zamanda o bildirib ki, İsrail rejimi ədalətli, keçərli və əhatəli bir sülhə yönəlik qeyri-konstruktiv mövqe sərgilədikcə və beynəlxalq hüquqa hörmət etmədikcə bu təcrid davam edəcək və genişlənəcək.


Story Code: 116568

News Link :
https://www.islamtimes.org/az/news/116568/abdullah-gül-israil-rejiminə-bu-fotonu-xatırladıb

Islam Times
  https://www.islamtimes.org