0
Friday 25 November 2011 - 12:11

Məhərrəm-Səfər hazırlıqları - Quba

Story Code : 117044
Məhərrəm-Səfər hazırlıqları - Quba
Məhərrəm-Səfər hazırlıqları - Quba
Məhərrəm-Səfər əyyamı yaxınlaşmaqdadır. Bir neçə günə bütün dünyanın Əhli-beyt (ə) sevərləri özlərini Kərbəla ətri ilə ətirləməyə daha çox səy edəcəklər. Hər il olduğu kimi, Əhli-beyt (ə) vətəni Azərbaycanda da əzadarlıq mərasimlərinə hazırlıqlar başlayıb.

Qubadakı mərasim hazırlıqlarından Deyerler.Org-a danışan rayonun “Cəfər” məscidinin imam-camaatı Hacı Mir Əliəsgər Ağa Mir Məhəmmədov deyib: “Bismilləhir-Rahmənir-Rahim! Əhli-beyt (ə) dostları olan camaatımız həmişə Əhli-beyt (ə) təziyəsini yaşadır. Əsasən Aşura günü camaatımız daha sıx olur, sair günlərdə də insanlarımız məscidlərdə bu mərasimləri saxlayır. Mərsiyələr oxunur, mənbər qoyulur, rövzələr deyilir. İnşallah, İmam Hüseynin (ə) əzadarlıq mərasimlərini həmişə necə keçirmişik, bu il də elə keçirəcəyik”.
Source : deyerler
Comment