0
Saturday 26 November 2011 - 01:32

Gəncə xanının Məhərrəmlik əməliyyatı

Story Code : 117162
Gəncə xanının Məhərrəmlik əməliyyatı
Gəncə xanının Məhərrəmlik əməliyyatı
Xəbər verdiyimiz kimi Gəncə şəhərində geniş Qədir-Xum bayramı keçirilmişdi. Təbirdə ruhanilər, ziyalılar və gənclər iştirak etmişdi. Tədbirin sonunda ehsan ziyafəti verilən zaman polislər tədbir keçirilən binanı mühasirəyə alaraq məclisin sona çatmasına mane olaraq, 30 inanclını polis bölməsinə aparmışdılar. Onlardan 2 nəfər Şəmkir sakininə 5 sutka həbs cəzası verilmişdi.

Gəncə inanclıları bu gün yenidən FaktXeber.com saytına müraciət ediblər. Onlar bildirdilər ki, bu gün Gəncədə Qədir-Xum bayramı tədbirində iştirak edən inanclılar yenidən polis bölməsinə çağrılıblar. Polis bölməsinə çağırılan dindarlara Məhərrəmlik ayı ilə əlaqədar xəbərdarlıq edilib.

Xəbərdarlıqda bildirilib ki, Məhərrəm ayında heç kim evindən bayıra çıxmasın. Heç bir əzadarlıq məclisində iştirak edilməsin. Xüsusi ilə də Tasua və Aşura yürüşü keçirlərsə, onlar barəsində cinayət işi açılacaq. Polis bölməsində həmçinin bəzi fəal inanclıları hədələyərək bildiriblər ki, əgər yürüş keçirsəniz, sizi də ruhani Fəxri və Azər kimi həbs edəcəyik.

Xatırladaq ki, hər il Gəncə şəhərində Tasua və Aşura mərasimləri böyük izdihamla qeyd edilir. Elmar Vəliyevin Gəncə şəhərinə icra başçısı təyin olunandan bəri Gəncədə dindarlara qarşı təzyiqlər artıb.

Tural Həsənli
Source : islamazeri
Comment