0
Sunday 27 November 2011 - 09:53

Misirin yeni təyin edilmiş baş naziri nümayişçilərdən vaxt istəyib

Story Code : 117594
Misir
Misir
Misirin Ali Hərbi Şurası tərəfindən təyin edilmiş yeni baş naziri Kamal Qanzuri nümayişçilərə müraciət edərək, onlardan tələblərini yerinə yetirmək üçün vaxt istəyib.

Xatırladaq ki, misirlilərin etirazları nəticəsində baş nazir İsam Şərəfin hökuməti istefaya göndərildi. Bunun ardınca Misir Hərbi Şurası baş nazir vəzifəsinə Kamal Qanzurini təyin edib. Qanzuri mıətbuata müsahibəsində ölkədə cərəyan edən qarşıdurmaların yeni hökumətin işini görməyə mane olduğunu bildirib. Bununla yanaşı, Qanzuri quracağı hökumətin bütün Misir siyasi dairələrini əhatə edib-etməyəcəyi barədə heç bir söz deməyib. 
Source : Deyerler
Comment