0
Wednesday 16 September 2009 - 22:38

JİRİNOVSKİ ÖZ AMPLUASINDADIR

O, Dağlıq Qarabağın əzəli erməni torpağı olduğunu bəyan edib.
Story Code : 11776
JİRİNOVSKİ ÖZ AMPLUASINDADIR

Dağlıq Qarabağ erməniləri Azərbaycanın tərkibində yaşamaq istəmir. Bundan sonra 5-10 il də danışıqlar aparmaq olar, amma hər şey onunla nəticələnəcək ki, Dağlıq Qarabağ ya Ermənistana birləşdiriləcək, ya da müstəqil dövlət kimi tanınacaq. Dağlıq Qarabağı da, Dnestryanı regionu da müstəqil dövlət kimi tanımaq lazımdır”. APA-nın xəbərinə görə, bu sözləri Rusiya Dövlət Dumasının sədr müavini, Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski “RİA Novosti” agentliyinə müsahibəsində deyib. Onun fikrincə, MDB-nin yerinə Rusiya İttifaqı yaradılmalı və Qafqaz bu ittifaqa daxil olmalıdır.

Rusiya-Ermənistan münasibətlərini təhlil edən V. Jirinovski bildirib ki, erməni siyasi elitası Moskvanın dəstəyini itirməkdən qorxur, çünki Türkiyə və Azərbaycan iki tərəfdən Ermənistanı boğa bilər: “Ermənistanda real olaraq milyon yarım erməni yaşayır. Azərbaycanlılar 8 milyondan çox, türklər isə 70 milyondur. Onlara qarşı necə dayanmaq olar? Ona görə də ermənilər hər zaman Rusiya ilə hərbi ittifaqda olmaq, yaxud da siyasi baxımdan Rusiyaya bağlı qalmaq istəyirlər. Lakin 1991-ci ildə rus əhalini ən çox sıxışdıran məhz ermənilər olub. İndi orada praktik olaraq rus yoxdur. Azərbaycanda, Gürcüstanda, Orta Asiyada var. Ermənilər isə hamını qovub. Bu da onların bizə olan münasibətini göstərir. Orada çox şiddətli və qədim kökləri olan millətçilik var. Ermənilər bədbəxt millətdir. Bütün ömürləri müharibələrdə keçib və həmişə uduzublar. Çünki sayları az olub. Rusiyadan kömək istəməsəydilər, məhv olardılar. Biz onları xilas etmişik”.

V. Jirinovskinin sözlərinə görə, Moskva Rusiyaya can atan hər kəsi, o cümlədən Dağlıq Qarabağ ermənilərini müdafiə etməlidir.

Source : Yeni Müsavat
Comment