QR CodeQR Code

İsveç XİN

İRAN SÜLH VƏ TƏHLÜKƏSIZLIKDƏ MARAQLIDIR

Trend AİA , 16 Sep 2009 22:52

İran regionda sülh və təhlükəsizlikdə maraqlıdır və Qərb Tehranla dialoqa hazırdır. Bu barədə Trend News-a Avropa İttfaqında sədrlik edən İsveçin xarici işlər naziri Karl Bildt deyib.


"İran sülh və təhlükəsizlik məsələləri ilə bağlı danışıqlarda maraqlıdır, buna görə də biz dünyada hazırkı vəziyyət və burada İranın rolundan danışacağıq", - Bildt deyib.

Bazar ertəsi və çərşənbə axşamı Brüsseldə Aİ ölkələrinin xarici işlər nazirlərinin görüşü keçilrilir. Müzakirə olunan mövzular arasında İranın nüvə proqramı da var.

Qərb İranın nüvə proqramına şübhə ilə yanaşır. ABŞ "5+1" ölkələri ilə müzakirələrə başlamaq və nüvə proqramını şəffaflaşdırmaq üçün İrana sentyabr ayının sonunadək vaxt verib və əks təqdirdə, İrana qarşı yeni iqtisadi-siyasi sanksiyaların tətbiq olunacağı bildirilib.

BMT TŞ İranın nüvə proqramını dayandırmaq üçün ona qarşı 5 qətnamə və 3 sanksiya qəbul edib.


Story Code: 11777

News Link :
https://www.islamtimes.org/az/news/11777/iran-sülh-və-təhlükəsizlikdə-maraqlidir

Islam Times
  https://www.islamtimes.org