QR CodeQR Code

MƏN NASIST DEYILƏM, ANCAQ İSRAILƏ NIFRƏT EDIRƏM

İslam-Azeri.az , 17 Sep 2009 22:06

İslam-Azeri.az internet qəzetinin İsrail mətbuatına istinadlı xəbərinə görə Britaniyanın diplomatlarından biri İsrail zülmlərinə qarşı çıxdığına görə məhkəməyə verilib.


48 yaşlı Roeun Lekston İsrailin Qəzza bölgəsində törətdiyi soyqırıma terror adı verdiyinə görə sionistlərin hədəfinə tuş gəlib.

Məhkəməyə verilməsindən sonra o işdən çıxarılıb və ona anti-semit adı qoyulub.

O isə sözlərindən peşman olmadığını, həmçinin İsrailin təşviqi ilə ona irəli sürülən ittihamları qəbul etmədiyini bildirib.

Mətbuata açıqlamasında isə o, "Mən nasist deyiləm, ancaq İsrailə nifrət edirəm"-deyib.

Nəzərinizə çatdıraq ki, Roun Lekston Britaniyanın Xarici İşlər nazirliyində Cənubi Asiya ölkələri ilə əlaqə şöbəsində işlədiyi vəzifədən azad edilib.


Story Code: 11828

News Link :
https://www.islamtimes.org/az/news/11828/mən-nasist-deyiləm-ancaq-israilə-nifrət-edirəm

Islam Times
  https://www.islamtimes.org