QR CodeQR Code

“Müharibənin nə demək olduğunu onlara başa salacağıq”

SizinYol , 29 Nov 2011 09:24

IslamTimes - İranın müdafiə naziri ABŞ və İsrailə xəbərdarlıq edib: “ABŞ İrana hücum edərsə, müharibənin nə demək olduğunu onlara başa salacağıq”.


İranın müdafiə naziri ABŞ və İsrailə xəbərdarlıq edib: “ABŞ İrana hücum edərsə, müharibənin nə demək olduğunu onlara başa salacağıq”. Bunu noyabrın 27-də İranın müdafiə naziri, general Əhməd Vəhidi jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, ABŞ İranla müharibəyə davam gətirə bilməyəcək: “Biz ABŞ-ın hərbi gəmilərini dənizlərə qərq edəcəyik”.General İsrailə də xəbərdarlıq etməyi unutmayıb: “Əgər İsrail İranla müharibəyə girişməyə hazırlaşırsa, fikrindən dönsün. Savaş başlayarsa, raket atəşinə tutulacaqlar”. /Sizinyol/


Story Code: 118288

News Link :
https://www.islamtimes.org/az/news/118288/müharibənin-nə-demək-olduğunu-onlara-başa-salacağıq

Islam Times
  https://www.islamtimes.org