QR CodeQR Code

Misirlilər Türkiyə modelindən niyə imtina etdi?

Deyerler , 29 Nov 2011 14:12

IslamTimes - Misir seçkilərinin əsas tərəflərindən olan “Müsəlman Qardaşlar” təşkilatının Azadlıq və Ədalət Partiyasının sözçüsü Mahmud Qazlan bildirib ki, ərəb dünyasında əsən Türkiyə modeli fırtınasına qarşı çıxıb.


Qazlan qeyd edib ki, Türkiyədə qadınlar universitetə başörtüsü geyə bilmir. Bu ölkənin qanunlarında zina və cinsi azlıqlara sərbəstliklər var. Bu, Misirdə anlayışla qarşılana bilməz. Misir İslami ölkədir. Burada şəriət hər şeyin təməlidir.

Qərbin müdaxilələrindən şikayətlənən Qazlan qeyd edib ki, hər kəs bizim sərtlik tərəfdarı olduğumuzu bildirir. Amma 9 nəfərlik komitə üzvümüzün 5-i ABŞ doktorudur. Biz açıq fikirliyik. Biz öz modelimizi yaradırıq. Qazlan, eyni zamanda 50 faizdən artıq səs toplayacaqları halda da koalisiya yaradacaqlarını bildirib.


Story Code: 118374

News Link :
https://www.islamtimes.org/az/news/118374/misirlilər-türkiyə-modelindən-niyə-imtina-etdi

Islam Times
  https://www.islamtimes.org