QR CodeQR Code

Londonun əlləri kəsildi (video)

HaqqYolu , 30 Nov 2011 10:05

IslamTimes - Ötən gün İranın paytaxtında etirazçı tələbələr Böyük Britaniya səfirliyinin binasına daxil olaraq bayrağı endirdilər.


Reuters xəbər agentliyinin məlumatına görə, nümayişçilər Britaniya bayrağının yerinə İran bayrağını sancmaqla yanaşı, səfirliyə aid sənədləri binanın pəncərəsindən aşağı atdılar.
Britaniya hökuməti İrana qarşı sanksiyaların sərtləşdirilməsi qərarı ilə çıxış etmişdi. Qərara görə, Birləşmiş Krallığın müəssisələri İran maliyyə-kredit müəssisələri ilə hər cür əməkdaşlığa son qoymalıdırlar.
Buna cavab olaraq, İran Britaniya ilə diplomatik əlaqələrinə yenidən baxaraq, ölkəsindəki Britaniya səfirliyini tezliklə bağlayacağını bildirmişdi.

Etirazçı tələbələrin aksiyasını videoçarxda izləyin.


VİDEONU BURADAN İZLƏ...


Story Code: 118594

News Link :
https://www.islamtimes.org/az/news/118594/londonun-əlləri-kəsildi-video

Islam Times
  https://www.islamtimes.org