0
Wednesday 30 November 2011 - 10:28

Bəsici tələbələr bəyanat verərək Azərbaycan Respublikası dövlətinin islamofobiya siyasətlərini məhkum ediblər

Story Code : 118599
Bəsic - Azərbaycan Respublikası
Bəsic - Azərbaycan Respublikası
Tehranın səkkiz böyük universitetinin bəsici tələbələri bəyanat verərək Azərbaycan Respublikası dövlətinin islamofobiya siyasətlərini məhkum ediblər
Azərbaycan Respublikasında bizim din bacı-qardaşlarımız bir müddətdir ki, ateist kommunist hökumətinin boyunduruğundan azad olublar, lakin təəssüflər olsun ki, daha böyük bəlaya düçar olublar

“Arannews”in “Fars”a istindala verdiyi məlumata əsasən, Tehranın səkkiz böyük universitetinin (Əllamə Təbatəbai, Sənəti-şərif, İmam Sadiq (ə), Tehran, Sənəti-Əmir Kəbir, Elm və Sənət, Şəhid Behişti və Xacə Nəsir) bəsici tələbələri bəyanat verərək, Azərbaycan Respublikası dövlətinin islamofobiya siyasətlərini məhkum etdilər. Bu bəyanatda gəlib: “Məhərrəm ayının başlaması ilə Əba Əbdillah Hüseynin (ə) əzadarlıq bayraqları və simvolları, o həzrətin sevərləri və vəfadarları İranın bütün şəhər və kəndlərini zinətləndirmişdir. Din mübəlliğləri ölkənin ən uzaq nöqtələrində belə əhli-beyt (ə) dostlarının ruhlarını əhli-beytin (ə) səmavi aydın bilikləri ilə sirab edirlər. Aşura ab-havası məscid və hüseyniyyələrə yeni ruh bağışlamış, Kərbala şəhidlərinin ətri İranın fəzasını ətirləmişdir. İranlılar öz var-dövlətini Hüseyn (ə) Tasua və Aşura mərasimlərinin daha əzəmətli keçməsi üçün hazırlayıblar. Amma qonşu ölkə, Azərbaycan Respublikasında bizim din bacı-qardaşlarımız bir müddətdir ki, ateist kommunist hökumətinin boyunduruğundan azad olublar, lakin təəssüflər olsun ki, daha böyük bəlaya düçar olublar”.

Bəyanatın davamında Bakı dövlətinin sionist rejimlə olan aşkar və gizlin əlaqələri bərk tənqid olunmuş, ölkədən xaricdə təhsil almış ruhanilərin dini təbliğini qadağan edən qanun layihəsinin qəbulu sionistlərə xidmət edən bir addım adlandırılmışdır.

Tehranın səkkiz böyük universitetinin tələbələri bəyantlarının davamında Azərbaycan Respublikası dövlətindən dini qadağaları ləğv etməsini tələb etdilər.

Bəyanatın sonunda belə deyilir: “Tehran universitetlərinin bəsiciləri Azərbaycan müsəlmanlarının hökumət tərəfindən din əleyhinə olan qanunların ləğvi, dini ayinlərin, xüsusilə də məhərrəmlikdə əzadarlıq mərasimlərinin azad keçirilməsi, Azərbaycan hökumətinin islamofobiya siyasətlərinə etiraz etdikləri üçün həbs olunanların, xüsusilə də hicab məhbuslarının qeydsiz-şərtsiz azad olunması barədəki istəklərini dəstəklədiyini bildirir, ölkə hökumətindən tələb edirik ki, nə qədər ki, gec deyil Azərbaycan Respublikası xalqının qanuni istəkləri qarşısında baş əysinlər. Əks təqdirdə gərək dünya müsəlmanlarının dini qeyrətlərindən coşan dalğaların onların başlarına töküləcəyinin intizarında olsunlar”.
Source : HaqqYolu
Comment