0
Wednesday 30 November 2011 - 17:28

Pakistanda anti-amerika aksiyaları davam edir

Story Code : 118723
Pakistanda anti-amerika aksiyaları davam edir
Pakistanda anti-amerika aksiyaları davam edir
Fars xəbər agentliyinin verdiyi məlumata əsasən, Pakistan xalqından çoxlu sayda qrup o cümlədən siyasi-dini partiyaların üzvləri, ictimai qurumlar, ədliyyə vəkilləri və tələbələri bu ölkənin müxtəlif şəhərlərində o cümlədən Karaçi, Lahor, İslamabad, Kovetta və Multan da aksiyalar keçirərək Amerikanın təcavüzkarlıqlarına qarşı özlərinin qəzəb və nifrətlərini nümayiş etdiriblər.

Aksiya iştirakçıları həmçinin Pakistan dövlətinin NATO və Amerika ilə əməkdaşlıqlarının kəsilməsi zəruriyyətinə təkid ediblər.

NATO vertolyotları şənbə günü (26 noyabr) Pakistanın hava zonasını pozaraq Mehmənd İcnesi qəbilə sakinli məntəqənin 55 kilometrliyində yerləşən Səlasə sərhəd zastavasını hədəf tutub. Nəticədə 28 Pakistan hərbçisi həlak oldu, 33 nəfər isə yaralanıb.
Source : IRIB
Comment