0
Wednesday 30 November 2011 - 18:01

İran parlamentin spikeri Böyük Britaniyaya xəbərdarlıq edib

Story Code : 118739
İran parlamentin spikeri Böyük Britaniyaya xəbərdarlıq edib
İran parlamentin spikeri Böyük Britaniyaya xəbərdarlıq edib
Öncə də saytımızda İran parlamentinin sədrinin İngiltərə səfirliyinə tələbələrin hücumu ilə bağlı çıxışından bir hissə yerləşdirmişdik. 

“Böyük Britaniyanın İrandakı səfirliyinə hücum xalqın mövqeyini əks etdirir”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında İran parlamentinin spikeri Əli Laricani deyib. Onun sözlərinə görə, İranda uşaqdan böyüyədək bütün xalq Böyük Britaniya hökumətindən narazıdır: “Onlar bunu xalq arasında sorğu keçirməklə də müəyyənləşdirə bilərlər. Biz Böyük Britaniyanın İrana sanksiya tətbiq etməsinə cavab olaraq rəsmi Londonla əlaqələrin azaldılması layihəsini parlamentdə təsdiq etdik. Bununla da İran xalqı onların düşmənçilik hərəkətlərinə göz yummayacağını göstərdi”.

Əli Laricani Böyük Britaniyaya xəbərdarlıq da edib: “Mən Böyük Britaniyadan bu cür hərəkətlərdən əl çəkməsini tələb edirəm. Əks təqdirdə İran xalqının kəskin cavabı ilə qarşılaşacaq. Onlar bizə səfirliyə hücum faktının məntiqsiz olduğunu deyirlər. Mən isə onlara deyirəm ki, sizin yürütdüyünüz siyasətdə məntiq yoxdur”.
Source : Deyerler
Comment