0
Wednesday 30 November 2011 - 18:13

Türkiyə Suriyaya 9 maddəlik sanksiya tətbiq etdi

Story Code : 118747
Türkiyə Suriyaya 9 maddəlik sanksiya tətbiq etdi
Türkiyə Suriyaya 9 maddəlik sanksiya tətbiq etdi
Türkiyə Suriyaya qarşı iqtisadi sanksiyalar tətbiq edib. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu 9 maddədən ibarət sanksiyalar paketində səyahət qadağası, hesabların dondurulması, maliyyə-kredit sazişlərinin dayandırılması kimi tədbirlərin yer aldığını açıqlayıb. Davudoğlu keçirdiyi mətbuat konfransında bu maddələri bir-bir sadalayıb:


1. Suriyada xalqla eyni mövqedə olan qanuni bir hökumət hakimiyyətə gələnə qədər Ali Səviyyədə Strateji Əməkdaşlıq Şurası mexanizminin ləğv edilməsi.

2. Suriyada rəhbər vəzifələrə mənsub, haqlarında xalqa qarşı zorakılıq və qeyri-qanuni vasitələrə əl atdıqlarına dair iddialar olan şəxslərə səyahət qadağası qoyulması və bu şəxslərin Türkiyədəki hesablarının dondurulması, Suriya rejimini dəstəkləyən bəzi iş adamlarına da analoji tədbirlərin tətbiq edilməsi;

3. Suriya ordusuna hər cür silah və hərbi sürsatın satış və tədarükünün dayandırılması;

4. Türkiyə torpaqları, hava məkanı və sərhəd sularından istifadə etməklə üçüncü ölkənin Suriyaya silah və hərbi sürsat transferi etməsinin beynəlxalq hüquqa müvafiq şəkildə qarşısının alınması;

5. Suriya Mərkəzi Bankı ilə əlaqələrin dayandırılması;

6. Suriya hökumətinin Türkiyədəki maliyyə aktivlərinin dondurulması;

7. Suriya hökuməti ilə kredit əlaqələrinin dayandırılması; 

8. Hazırda icra olunan əməliyyatlar istisna olmaqla, Suriya Ticarət Bankı ilə əməliyyatların dayandırılması;

9. Suriyadakı infrastruktur layihələrinin maliyyələşdirilməsi üçün imzalanan Eksimbank kredit razılaşmasının ləğv edilməsi;

Türkiyənin xarici işlər naziri bildirib ki, bu tədbirlərin Suriya xalqına mənfi təsir etməməsi üçün həddindən artıq ehtiyatlı tədbirlər görülüb. "Suriya hökumətinə qarşı irəli sürdüyümüz tədbirlərlə əlaqədar, Suriya xalqının incidilməsinə, hökumətin səhvlərinə görə xalqın cəza çəkməsinə yol verməmək əsas məqsədimiz olub".
Source : azadxeber
Comment