QR CodeQR Code

Azərbaycanda Məhərrəmlik təlaşı?

islamazeri , 30 Nov 2011 23:22

İslamtimes - Rəsmi Bakı İrandan ciddi təhlükə gözləyir: güc strukturları yüksək hazırlıq vəziyyətinə gətirilib


Azərbaycan hakimiyyəti Məhərrəm ayı ərəfəsində ölkədə hansısa təxribatların ola biləcəyindən ciddi narahatdır. İslamazeri.az-ın Azadlıq qəzetinə istinadən əldə etdiyi məlumata görə, rəsmi Bakı zərbəni əsasən İrandan gözləyir. Hətta hökumət gündəlik həyatda baş verən hadisələrdə də (tıxac, qaz sızması, enerji verilişində yaranan problemlər) təxribat izi axtarır. Bildirilir ki, təlaş içində olan hakimiyyət bütün güc strukturlarını yüksək hazırlıq vəziyyətinə gətirib. Məlumatda deyilir ki, bir neçə gün əvvəl DIN-in vətəndaşlara müraciəti də bu narahatlıqdan qaynaqlanır.

Hakimiyyətdə düşünürlər ki, xüsusilə Aşura günü, İmam Hüseynin (ə) 3,7 və 40 mərasimlərində təxribatların ola biləcəyi realdır. Bu baxımdan hüquq-mühafizə orqanlarına həmin mərasimlərə ciddi nəzarət etmək tapşırığı verilib.


Story Code: 118835

News Link :
https://www.islamtimes.org/az/news/118835/azərbaycanda-məhərrəmlik-təlaşı

Islam Times
  https://www.islamtimes.org