QR CodeQR Code

Prezidentin ən yaxın adamı

HaqqYolu , 1 Dec 2011 07:45

IslamTimes - Bakı meri prezidentin böyük etimadını qazanıb və bu gün o, hakim komandada birbaşa olaraq İlham Əliyevə çıxışı olan, söz deyə bilən tək-tük simalardan biridir.


Bakı meri prezidentin böyük etimadını qazanıb və bu gün o, hakim komandada birbaşa olaraq İlham Əliyevə çıxışı olan, söz deyə bilən tək-tük simalardan biridir. Və bundan istifadə edən Bakı meri davamlı şəkildə çox gəlirli sahələri ələ keçirməklə məşğuldur. 
Məsələn, afsalt biznesini ələ keçirən zaman Bakı merinin bir tryukdan istifadə etdiyi bildirilir: "Bakı kəndlərində asfalt yolların çəkilməsi işində böyük yeyinti faktına yol verilmişdi. Söhbət təxminən 5 milyon manatlıq vəsaitdən gedirdi. Amma bunun əvəzində davamlı olaraq əhalinin narazılıqları baş qaldırdı. Yəni nəhayətdə iş hesabın sorulması anına çatdı. Və bütün bunların təşkilatçısı kimi Hacıbala Abutalıbov ortaya çıxdı".
Mənbə bildirir ki, narazıları Prezident administrasiyasına və KİV-ə yollayan Hacıbala Abutalıbov loru dillə desək, Ziya Məmmədovun "torbasın tikməyə" müvəffəq olur. Nəticədə Bakı şəhərinin asfaltlanması işi NN-dən alınaraq meriyaya verilir.


Story Code: 118883

News Link :
https://www.islamtimes.org/az/news/118883/prezidentin-ən-yaxın-adamı

Islam Times
  https://www.islamtimes.org