QR CodeQR Code

Türkiyə parlamentində deputatın Aşura çıxışı

deyerler , 2 Dec 2011 00:06

Islamtimes - TBBM-nin üzvü Ali Özgündüz: “Düşünürəm ki, Aşura günü ilə bağlı təklif parlamentin “Genel Kurul”una gələrsə, qəbul olunacaq” - EKSKLÜZİV


Xəbər verdiyimiz kimi, Türkiyənin CHP millət vəkili Ali Özgündüz parlamentdə Milli Bayramlar və Ümumi Tətillər Haqqında Qanunda dəyişiklik edilməsi haqda təklif irəli sürüb. O, TBBM-də təklif edib ki, Aşura günü qeyri-iş günü kimi qeyd edilməsilə bağlı qanun qəbul edilsin. Mövzu ilə bağlı Deyerler.org-a eksklüziv açıqlamasında TBBM-nin üzvü, CHP İstanbul millət vəkili Ali Özgündüz bildirib: “Parlamentdə təklif etdik ki, Məhərrəm ayının 10-cu günü olan Aşura günü qeyri-iş günü elan edilsin. Çünki Türkiyədə olan milyonlarla Əhli-beyt (ə) yolçuları olan vətəndaşlarımız bu günü yas, matəm olaraq anır. Ona görə də elə edək ki, bu insanlar iş yerlərindən izn almaq məcburiyyətində qalmasın. İnsanlar tətildə daha rahat və uyğun bir şəkildə inanclarına, dini etiqadları uyğun matəm mərasimlərini yerinə yetirsinlər. Bu təklifimiz hazırda məclisin komissiyalarında müzakirə olunur. Bu təklif çox yeni, Məhərrəm ayının ilk günlərindən verilib. Baxaq, görək AKP hökuməti nə deyəcək? Bildiyiniz kimi, parlamentdə çoxluq AKP hökumətindədir. Partiyamız CHP daxilində isə bu təklif çox müsbət qarşılandı, hamı dəstək verir. Amma AKP hökumətinin yanaşması necə olacaq, bunu ancaq qarşıdakı günlərdə görəcəyik”.



TBBM-dəki digər fraksiya və partiyaların bu təklifə münasibətlərini necə ifadə etmələrinə gəldikdə isə A.Özgündüz deyib: “Mənfi qarşılayan olmayıb. Bu haqda heç kim məclisdə bu günə qədər mənfi fikir səsləndirmədi. Amma nəticə çoxluq iqtidar partiyasında olduğundan onlardan asılıdır. İnşallah, onlar da bu təklifə xoş niyyətlə münasibət bildirər. Düşünürəm ki, bu qanun parlamentin “Genel Kurul”una gələrsə, qəbul olunacaq. Azərbaycana da salamlarımızı və ehtiramlarımız bildiririk”.


Story Code: 119079

News Link :
https://www.islamtimes.org/az/news/119079/türkiyə-parlamentində-deputatın-aşura-çıxışı

Islam Times
  https://www.islamtimes.org