QR CodeQR Code

"Azərbaycanın İran ilə dost münasibətlərinə heç bir ölkə təsir göstərə bilməz"

Azadxeber , 3 Dec 2011 10:43

IslamTimes - "Prezident İlham Əliyev İran ilə münasibətləri dostluq prinsipləri üzərində inkişaf etdirmək niyyətindədir."


Bu barədə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.

O deyib: "Ölkələrimiz dərin tarixi əlaqələrə malikdir. Qonşu olmaqla bərabər, xalqlarımız ümumi tarixə və mədəniyyətə malikdir. Nümayəndə heyətimizin İrana səfərinin əsas məqsədi informasiya sahəsində, o cümlədən, televiziya və radio yayımı sahəsində əməkdaşlığı daha da inkişaf etdirməkdən ibarətdir. İnanıram ki, İranın mətbuat sahəsində rəhbər şəxsləri ilə görüşlərimiz məhsuldar alınacaq".

Şöbə müdiri 1993-2003-cü illər aralığında iki ölkə arasında gözəl münasibətlərin olmasını xatırladaraq, həmin münsibətlərin bu gün də saxlanmalı olduğunu vurğulayıb: "Keçmişdə bəzi ölkələr Azərbaycan ilə İran arasında münasibətlərə xələl gətirməyə çalışıblar. Bununla belə, heç bir ölkə Azərbaycanın İran ilə dost münasibətlərinə təsir göstərə bilməz".


Story Code: 119315

News Link :
https://www.islamtimes.org/az/news/119315/azərbaycanın-iran-ilə-dost-münasibətlərinə-heç-bir-ölkə-təsir-göstərə-bilməz

Islam Times
  https://www.islamtimes.org