0
Sunday 4 December 2011 - 00:52

Hansı kəsdi Hüseyn ?

Story Code : 119488
Hansı kəsdi Hüseyn ?
Hansı kəsdi Hüseyn ?
Mərifət əhli bilir kimdi hansı kəsdi Hüseyn
Haqq üçün ömr eləyən haqqı deyən səsdi Hüseyn
Hüseyni qəbul etməyənlər ədalət bilmir
Var onda hər kəs üçün böyük bir ibrət bilmir
Nədi iffət, nədi izzət, nədi qeyrət bilmir






Desə kim axıtmıyın göz yaşı əbəsdi Hüseyn
Mərifət əhli bilir kimdi hansı kəsdi Hüseyn
Haqq üçün ömr eləyən haqqı deyən səsdi Hüseyn
Yarənə qurban olum vur sinəyə çirk etməz
Çün Hüseyn yarəsidir naqis olan dərk etməz

Onu hər kim tanısa, aşiq olsa tərk etməz

Mənəviyyata qida sanki bir nəfəsdi Hüseyn
Mərifət əhli bilir kimdi hansı kəsdi Hüseyn
Haqq üçün ömr eləyən haqqı deyən səsdi Hüseyn
Sən Allah aşiqisən haqqı deyən talibsən
Sənə əhsən bu böyük qəlbə eşqə sahibsən

Sənə zülm edən məğlub oldu sənsə qalibsən

Sənin eşqin bizə ruhiyyədir, həvəsdi Hüseyn
Mərifət əhli bilir kimdi hansı kəsdi Hüseyn
Haqq üçün ömr eləyən haqqı deyən səsdi Hüseyn
Haqq olan nazilər gəl üzülməz deyib babalar
Bir olsa müsəlmanlar əzilməz deyib babalar

Qarabağ dərdinədə dözülməz deyib babalar

Onu qaytarmağa məktəbdi bizə dərsdi Hüseyn
Mərifət əhli bilir kimdi hansı kəsdi Hüseyn
Haqq üçün ömr eləyən haqqı deyən səsdi Hüseyn
Məndə gəlmişəm onun məktəbinə haqqı bilim
Zülmə baş əyməyərək deyib: səadətdir ölüm

Yezidlə tərəfdarları nə qədər versə zülüm

Oların milyonuna bəsdi Həsən bəsdi Hüseyn
Mərifət əhli bilir kimdi hansı kəsdi Hüseyn
Haqq üçün ömr eləyən haqqı deyən səsdi Hüseyn
Kərbəla təkrar olur bəndələr baxıb izləyin
Gözü yollarda qalıb Məhdini gözləyir
Vasifdə göz yaşıyla ağam gələydi tez deyir


Çün ki aşiqlərinə dünya dar qəfəsdi Hüseyn
Mərifət əhli bilir kimdi hansı kəsdi Hüseyn
Haqq üçün ömr eləyən haqqı deyən səsdi Hüseyn

Islam times - Rza Azəri
Source : islamtimes
Comment