0
Saturday 3 December 2011 - 23:44

ABŞ-ın psixoloji müharibəsi cavabsız qalmayacaq

Story Code : 119522
"IslamTimes" - Tərcümə şöbəsi
"IslamTimes" - Tərcümə şöbəsi
Ötən 32 il göstərir ki, məntəqədə beynəlxalq sülh prinsiplərinə sədaqətli az ölkələrdən biri İrandır. İran nüvə silahının məhdudlaşdırılmasına tərəfdardır, qadağan olunmuş silahlardan istifadə edənlərə qarşı çıxır, müharibədən zərər çəkən xalqlara kömək edir. Hətta Əfqanıstan və İraqdan çoxsaylı qaçqınlar qəbul edilmişdir. İranın müsbət fəaliyyətlərindən biri müharibədən zərər görmüş Küveyt kimi ölkələrdə yenidənqurma işlərinə yardım göstərməsidir.

Təəssüf ki, bəzən elə bir situasiya yaranır ki, İran beynəlxalq səhnədə siyasi və hərbi baxımdan öz qüdrətini nümayiş etdirməli olur. İslam Respublikası sübuta yetirib ki, onun torpaqlarına tamah salan, təcavüz fikrində olan bütün qüvvələr qəti cavab alacaq.

İrana qarşı kompaniyalar sırasında daha çox siyasi
blef olan hərbi təcavüzdən danışılır. Bu mövzu ilə bağlı bir neçə nöqtəni xatırlatmaq yerinə düşər:

1. ABŞ ötən on ildə öz təcavüzkar müharibələrində güclü bir rəqiblə baş-başa gəlməyib. Əfqanıstanda silahlı qruplaşmalarla vuruşan ABŞ ordusu 10 ildən sonra boş əllə geri dönmək məcburiyyətindədir. İraqda isə ordunun müqaviməti sıfıra yaxın idi və ABŞ heç bir problemsiz İraqa sahib oldu.

İran İslam Respublikasına hərbi təcavüz isə ABŞ üçün ağlagəlməyən sürprizlərlə müşayiət oluna bilər. Ağ Ev yaxşı bilir ki, İrana qarşı təcavüzün sonu heç nə vəd etmir.

2. BMT-nin qətnaməsi əsasında İrana qarşı ehtimali hücum İranın orta və uzaq mənzilli raketlərinin İsrailin başına yağması deməkdir. İran dəfələrlə elan edib ki, sionistləri və işğal olunmuş ərazilərdə yaşayanları dost
hesab etmir və ehtimal olunan müharibədə işğal olunmuş ərazilər də daxil olmaqla İsrail torpaqları hədəfə alınacaq.

Böyük rəhbərlik məqamı Ayətullah Xamenei 3 il öncə İsfəndiyar Rəhim Məşainin İsrail xalqı haqqında fikirlərini rədd edərək buyurmuşdu: İran xalqının yəhudilər, məsihilər, başqa dindən olanlarla heç bir problemi yoxdur. Amma İran xalqının İsrail xalqı ilə dost olması yanlış fikirdir. Çünki işğal olunmuş torpaqlarda yerləşən yəhudilər sionizmin siyasətlərini həyata keçirir. Onları dünyanın başqa xalqlarına qatmaq olmaz. Çünki onlar Fələstin torpaqlarını qəsb ediblər.

3. Amerikanın Azərbaycan Respublikasından tutmuş Türkiyə ərazilərinədək RƏM sistemləri, Bəhreyn və Ərəbistandakı hərbi bazaları, İraqdakı hərbi birləşmələri İran raketlərinin hədəfindədir. Dünya neft şəbəkəsinin ən həyati nöqtələrindən
biri hörmüz boğazıdır. Müharibə olacağı təqdirdə bütün bu regionlar cəhənnəmə çevriləcək. Hətta Amerikanın körfəzdəki təyyarə daşıyan gəmiləri yerindən tərpənməyə imkan tapmayacaq. Bu barədə İran Kosmik Hava Qüvvələri komandanı Hacızadə demişdir: Biz təhlükə ilə üzləşəcəyimiz təqdirdə öncə NATO-nun Türkiyədəki RƏM sistemlərini vuracağıq. Hacızadə əlavə edib: ABŞ və İsrailin bəyanatları səbəb olub ki, biz öz müdafiə strategiyamızı dəyişmişik və hərbi komandanın göstərişi ilə düşmənin hücumlarını dəf etməyə qadirik.

4. ABŞ-ın son hədələri psixoloji müharibə xarakteri daşıyır. Bununla belə ABŞ tərəfindən istənilən bir düşüncəsiz hərəkətə sərt cavab veriləcək. Əgər hiss olunsa ki, Qərb dövlətlərinin hərbi fəaliyyətləri genişlənir, bunun qarşısı alınacaq.

Böyük rəhbərlik
məqamı Ayətullah Xamenei də qərblilərin nəzərinə çatdırdı ki, İran xalqı təcavüz əhli olmasa da, nəinki təcavüzləri, hətta hədələri cavabsız qoymayacaq.
Baş komandan xəbərdarlıq etdi ki, İran İslam Respublikasına hücum barədə düşünənlər möhkəm sillə və polad yumruqlara hazır olmalıdırlar.

5. İran İslam Respublikasının son müdafiə strategiyası cənab rəhbərin göstərişləri əsasında hazırlanıb. Cənab rəhbər bildirib ki, düşmənin təcavüzləri qarşısında ali cənablıq göstərilməyəcək, ABŞ və müttəfiqləri layiq olduqları cavabı alacaq.

Hədəyə hədə strategiyası rəhbərin son bəyanatlarında yer alıb. İran İslam Respublikası öz müdafiə doktrinasını yenidən nəzərdən keçirib və bu doktrina İranın müdafiəsini tam təmin etmək gücündədir. 

"IslamTimes" - Tərcümə şöbəsi
Source : Risalət qəzeti
Comment