0
Sunday 4 December 2011 - 09:20

Maliki: İraq İranla müharibə meydanı deyil

Story Code : 119576
Maliki: İraq İranla müharibə meydanı deyil
Maliki: İraq İranla müharibə meydanı deyil
"IslamTimes" "PressTV"-yə istinadən xəbər verir ki, Nuri əl-Maliki ötən gün keçirilən mətbuat konfransı zamanı deyib: "Qətiyyətlə deməliyəm ki, biz İranla düşmən deyilik. Bu ölkə ilə problemi olan ölkələrə də (İran əleyhinə əməliyyatlarda) İraq torpağından müharibə meydanı kimi bəhrələnməyə heç vəchlə izn verə bilmərik."

Nuri əl-Maliki bu sözləri ABŞ prezidentinin müavini Co Baydenin İran-İraq münasibətləri ilə bağlı çıxışından sonra söyləyib. Co Bayden cümə günü deyib: "ABŞ hərbiçiləri İraqı tərk etdikdən sonra İraq dövləti bütün iqtisadi və diplomatik gücündən istifadə edərək İranın Bağdadda olan nüfuzunu sındırmalıdır."
Comment