QR CodeQR Code

Davudoğlundan alman nazirə sərt cavab

XezerXeber , 4 Dec 2011 12:37

IslamTimes - Əhməd Davudoğlu "İslami terror" deyən Alman nazirə sərt cavab verdi


Xarici işlər naziri Əhməd Davudoğlu 5 günlük Almaniya səfəri çərçivəsində Berlində görüşdüyü Almaniya Daxili işlər naziri Hans Peter Frederickin Türkləri hədəf alan Neonazi cinayətləri istintaqı mövzusunda sərf etdiyi "Biz bütün terroristlərə qarşı mübarizə edirik. İrqçilərlə də İslamçı terrorçularla da mübarizə edirik" sözlərinə sərt reaksiya verdi.

Alman nazirin həmin ifadələrini eşidər-eşitməz "Bir dəqiqə!" deyərək müdaxilə edən Davudoğlu "İrqçi cinayətləri işləyənlər Xristian olmasına baxmayaraq mən çıxışımın heç bir yerində "Xristian terrorist" demədim. Siz də İslamçı terrorist ifadəsini istifadə edə bilməzsiniz. Bir dinin mənsubları arasında səhv edənlər ola bilər, amma bu dini ittiham edə bilməzsiniz. Bu qədər hadisə baş verib. Alman irqçilər deyə bilirikmi? İrqçi cinayət, Neonazi terror təşkilatı deyərik, amma xristian terror təşkilatı deyə bilmərik. Siz də İslamçı terrorist sözündən istifadə edə bilməzsiniz" deyə vurğulayıb. 

Alman nazirin "Əl-Qaidə deyə bilərik amma ..." sözləri qarşısında isə nazir "Bəli Əl Qaidə və ya Bader-Meinhoff terrorist qrupu deyərik, amma İslamçı ya da xristian terror təşkilatı olmaz" şəklində cavab verdi.


Story Code: 119633

News Link :
https://www.islamtimes.org/az/news/119633/davudoğlundan-alman-nazirə-sərt-cavab

Islam Times
  https://www.islamtimes.org