0
Monday 5 December 2011 - 10:17

İran ABŞ-a məxsus pilotsuz təyyarəni ələ keçirdi

Story Code : 119848
İran ABŞ-a məxsus pilotsuz təyyarəni ələ keçirdi
İran ABŞ-a məxsus pilotsuz təyyarəni ələ keçirdi
“IslamTimes”-ın xəbərinə görə, bu barədə “FarsNews” saytı məlumat yayıb.

İslam Respublikası KİV-i İran Silahlı Qüvvələrinin vəzifəli bir şəxsinə istinadən bildirir ki, ABŞ-a məxsus son texnologiyalarla təchiz olunmuş RQ-170 tipli pilotsuz casus hərbi kəşfiyyat təyyarəsi İranın Şərq sərhəd mətəqəsinin səmasında kəşf edilib. Pilotsuz yüngül bir xəsarətlə ABŞ-ın idarəetmə dairəsindən çıxarılaraq ələ keçirilib.

Pilotsuzun vurulması açıqlamasından sonra NATO-nun Əfqanıstanda yerləşən qüvvələri ötən həftə bir hərbi kəşfiyyat təyyarəsinin itdiyi iddiasını irəli sürüblər. Guya bir həftə imiş ki, NATO casus pilotsuzla bağlı araşdırma aparırmış.
Comment