QR CodeQR Code

Kərbəlada əzadarların milyonluq iştirakı

IRIB , 6 Dec 2011 01:06

Islamtimes - Tasua və Aşura günlərinin gəlib çatması ilə eyni zamanda İmam Hüseynin (ə) pak məqbərəsini ziyarət etmək istəyən milyonlarla nəfər ayaqyalın Kərbəlaya yola düşüb.


Müxbirimizin Kərbəladan verdiyi məlumata görə, Kərbəlaya gedən bu zəvvarların arasında müxtəlif xalq kütlələrindən olan qadın, kişi, gənc və azyaşlılar nəzərə çarpır. Bu zəvvarlar Tasua və Aşura günlərində şəhidlər ağası Həzrət İmam Hüseynin (ə) pak ziyarətgahının kənarında əzadarlıq etməyə tələsirlər.

Bu il İraqın müxtəlif şəhərləri və digər ölkələrdən, o cümlədən qonşu ölkələrdən Kərbəlaya gedən zəvvarların sayının bir neçə milyon nəfərə çatması ehtimal olunur.

Eyni halda, İraqın təhlükəsizlik və polis qüvvələri Kərbəlada ciddi təhlükəsizlik tədbirləri həyata keçirməklə Həzrət İmam Hüseynə (ə) əzadarlıq edənlərin təhlükəsizliyini təmin etməyə cəhd göstərirlər ki, zəvvarlara ziyan toxunmasın.

İraqın müxtəlif şəhərlərində İmam Hüseyn (ə) əzadarları, habelə bazar günü (4 dekabr) müxtəlif heyət dəstələri çərçivəsində növhə və mərsiyə oxumaqla Həzrət İmam Hüseyn(ə) və 72 vəfalı köməkçisinin məzlumcasına şəhid edilməsinə əzadarlıq edib göz yaşı töküblər.


Story Code: 120000

News Link :
https://www.islamtimes.org/az/news/120000/kərbəlada-əzadarların-milyonluq-iştirakı

Islam Times
  https://www.islamtimes.org