0
Tuesday 6 December 2011 - 08:26

MTN-də qətlin izi ilə

Story Code : 120061
MTN-də qətlin izi ilə
MTN-də qətlin izi ilə
FaktXeber.com-un verdiyi məlumata görə, tədbirdə ölkənin tanınmış hüquq müdafiəçiləri və diplomatik korpus nümayəndələri iştirak edirdilər.
İlkin olaraq çıxış edən mərhumun atası Zeynalov Şuriya oğlunun başına gələn hadisə barəsində məlumat verdi: “Məni ayın 25-i MTN-ə çağırdılar ki, oğlunuz vətənə xəyanət etdiyinə görə həbs olunub. Biz avqustun 25-i Turacın yoldaşı ilə MTN-də Turacla iki dəqiqəlik görüşdük. Sifətinə baxanda bilinirdi ki, onu möhkəm döyüblər. Ayağı da axsayırdı. Müstəntiqdən soruşanda ki, uşağımı niyə bu vəziyyət salmısız, cavabında dedilər bir-iki dənə şillə vurmuşuq ağıllansın.
Sonra MTN əməkdaşları evimizi yoxlamaq üçün bizə gəldilər. Hadisədən bir neçə gün keçəndən sonra ayın 28-i oğlumun ölüm xəbəri gəldi. Bizim xəbərimiz olmadan meyiti tibbi-ekspertizaya apararaq yarıblar.
MTN-dən oğlanlarımı və yaxınlarımızı hədələyiblər ki, əgər bir yerə şikayət eləsəz, yaxınlarınız barədə tədbirlər görəcəyik. Sonra məni və gəlinimi prokurorluğa apararaq bizə yalan vədlər verib, yalan izahat yazdırdılar ki, oğlum Turac guya onkoloji xəstəlikdən dünyasını dəyişib. Müstəntiqlərdən biri mənə dedi ki, əgər izahat yazsan, oğlunun üzərində olan vətən xaini adını götürəcəm. Mən də müstəntiqlərin yalançı vədlərinə aldanaraq izahata imza atdım. Lakin sonrada vətən xaini adını götürməyiblər.”
Sonra hadisə barəsində məlumat verən mərhumun həyat yoldaşı Gülnar Ağayeva MTN əməkdaşları tərəfindən yaxınlarına qarşı hədə-qorxu gəlindiyini bildirdi: “MTN-dən mənə dedilər ki, əgər sakit durmasaz, uşağını “KAMAZ” la əzib öldürəcəyik, qardaşlarının cibinə narkotik ataraq həbsə atacağıq.”
Hazırda Turacın qatillərinin tapılması və istintaqın yenidən aparılması üçün ailəliklə Bakıya gəldiklərini qeyd edən Gülnar Ağayeva, bununla əlaqədar vəkil Əsabəli Mustafayevi vəkil tutduqlarını bildirdilər: “Artıq bilmirik dərdimizi kimə söyləyək. İndidən açıq elan eləyərik ki, hüquq-mühafizə orqanları tərəfindən ailəmizə qarşı təhlükə mövcuddur. Hər hansı bir hadisə baş verəcəyi halda, onun məsuliyyətini hüquq-mühafizə orqanları daşıyacaq. Buradan aidiyyəti orqanlara müraciət edirik ki, bu məsələ ilə bağlı hər hansı bir tədbir görsünlər.”

Comment