QR CodeQR Code

Dini zəmində məhbusların sayı 20-yə çatdı

HaqqYolu , 6 Dec 2011 08:36

IslamTimes - Dekabrın 5-də “Hicaba azadlıq” aksiyasına görə təqsirləndirilən Çingiz Novruzov, Taleh Ələkbərov, Toğrul İsgəndərov və Məmməd Əsgərov azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.


Toğrul İsgəndərov və Məmməd Əsgərov 3 il, Taleh Ələkbərov və Arif İsmayılov isə 1 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. “Media forum” saytı bildirir ki, bununla 2011-ci ildə azadlıqdan məhrumetmə cəzasına məhkum olunan ictimai-siyasi fəalların sayı 40-a çatıb. Onların 20-si dini kəsimi təmsil edir. Daha əvvəl dini kəsimi təmsil edən 16 şəxs məhkum olunmuşdu: 

ruhani Azər Cəbiyev - 2 il 6 ay;
ilahiyyatçı Həsən Məmmədov - 3 il 6 ay;
ruhani Fəxri İlyasov - 3 il 6 ay;
ruhani İlqar Musayev - 3 il;
Azərbaycan İslam Partiyasının (AİP) lideri Mövsüm Səmədov - 12 il;
AİP Astara rayon təşkilatının sədri Rufulla Axundzadə - 11 il 6 ay;
AİP sədrinin müavini Vaqif Abdullayev - 11 il;
Ruhani Fəramiz Abbasov - 11 il;
Mövsüm Səmədovun qayını Firdovsi Məmmədrzayev - 10 il;
Mövsüm Səmədovun əmisi oğlu Dəyanət Səmədov - 10 il;
hicab məhbusu Araz İsmayılov - 2 il 6 ay;
hicab məhbusu Nurani Məmmədov - 2 il;
hicab məhbusu Rüfət Miriyev - 2 il;
hicab məhbusu Mais Abdullayev - 1 il 6 ay;
hicab məhbusu Rəşad Vəliquliyev - 1 il 6 ay;
hicab məhbusu Tərlan İsmayılov - 1 il 6 ay. 

Dini kəsimin həbsi bu il yanvarın 2-də AİP Baş Məclisində partiya lideri Mövsüm Səmədovun çıxışından sonra başlayıb. Həmin çıxışında Mövsüm Səmədov məktəblərdə hicaba qadağa qoyulmasını kəskin pisləyib.


Story Code: 120063

News Link :
https://www.islamtimes.org/az/news/120063/dini-zəmində-məhbusların-sayı-20-yə-çatdı

Islam Times
  https://www.islamtimes.org