0
Tuesday 6 December 2011 - 14:19

Qeyri-rəsmi ehsan qadağası

Story Code : 120077
Qeyri-rəsmi ehsan qadağası
Qeyri-rəsmi ehsan qadağası
Bu gün səhər saatlarında paytaxt Bakının 3-cü mikrorayon ərazisində, metronun Memar Əcəmi stansiyasının yaxınlığında Aşura günü ilə bağlı verilən ehsan süfrəsinin açıldığı yerə polis əməkdaşları gəliblər. Yol kənarında qurulmuş çadıra əvvəlcə qara rəngli bir "cip" maşını yaxınlaşıb. Maşından düşən bir neçə nəfər ehsan süfrəsi verən şəxsə yaxınlaşaraq nəsə söhbət ediblər. Daha sonra əraziyə Post Patrul Xidmətinin əməkdaşları gəliblər və çadırının içindən yaşıl rəngli bayrağı götürərək maşına qoyublar.

Verilən məlumata görə, polislər bir saatdan ehsan süfrəsini tamamlamağı tapşıraraq, ərazidən uzaqlaşıblar.

Məlumatda həmçinin o da bildirilir ki, hər il eyni yerdə ehsan süfrəsi açılır və indiyə kimi bu cür tədbirlərə heç vaxt müdaxilə olmayıb.
Source : HaqqYolu
Comment