0
Wednesday 7 December 2011 - 09:09

İran embarqolardan yayınma variantlarına malikdir

Story Code : 120193
İran - Embarqo
İran - Embarqo
Vaşinqton Analitik-Araşdırma Mərkəzinin İran Mərkəzi Bankı və İran nefti üzərində embarqo barədə məlumatı

Mərkəz yazıb ki, İranın bu sanksiyalardan yayınma seçimləri kifayət qədərdir. Bundan əlavə sanksiyalar neftdən gələn gəlirin artımını ötən illərdə dayandıra bilməyib.

Vaşinqton mərkəzinin nəşr etdiyi məqalə Patrik Klausun və Simon Hendersonun qələmindən çıxıb. Məqalə İran Mərkəzi Bankı üzərində sanksiyalara həsr olunub. Məqalədə bildirilir ki, bu sanksiyalardan dəyəcək zərərdən Avropa yayına bilməyəcək.

Məqalədə İran Mərkəzi Bankına tətbiq olunan sanksiyaların dünya neft bazarına da təsirsiz ötüşməyəcəyi qeyd olunur.

Amerika konqresi İran Mərkəzi Bankına sanksiyanı araşdırır

Bu günə qədər bir neçə ölkə İran Mərkəzi Bankı ilə əməliyyatları məhdudlaşdırıb. 19 noyabrda Kanada və Britaniya elan etdi ki, İranın Mərkəzi Bankı və digər bankları ilə əməliyyatlar dayandırılır. Bu qərar səbəb oldu ki, İran xalqı İngiltərə səfirliyinə sərt etiraz bildirsin.

Eləcə də həmin tarixdə ABŞ dövləti Patriot layihəsinin 311-ci bəndinə işarə ilə xəbərdarlıq etdi ki, İran çirkli pulların yuyulması çevrəsinə daxildir. Beləcə bütün İran bankları, o cümlədən Mərkəzi Bankla əlaqələrin təhlükəsi önə çəkildi. Bundan
əlavə konqresə mövzunu araşdırmaq tapşırıldı.

Hələ ki, banklara qarşı sanksiyalardan ABŞ və Qərb dövlətlərinə dəyəcək zərər müəyyənləşdirilməyib.

İran Mərkəzi Bankına qarşı sanksiyalarda məqsəd guya İranın nüvə proqramını əngəlləməkdir

- İxrac yox, gəlirlərə sanksiya 

İran Mərkəzi Bankına qarşı sanksiya İranın nüvə proqramını dayandırmaq məqsədi daşıyır. Sanksiyalar iki halda bu məqsədə kömək edə bilər:

1. Bu yolla İran rəsmilərini qorxutmaq istəyirlər. Əgər İran əmin olsa ki, onun nüvə proqramını əngəlləmək üçün Qərb hər yola gedəcək, olsun ki, nüvə proqramlarını dayandırsın.

Əslində bu ölkə 2003-2004-cü illərdə müəyyən nüvə proqramlarını dayandırıb. Sanksiyalar belə bir təhlükə də yaradır ki, Tehran qəti şəkildə nüvə silahı əldə etmək qərarına gəlsin.

2. İkinci yol İranın gəlirlərini azaltmaqdır. Əgər İranın xarici dövriyyədən gəlirləri azalsa, Tehran rəsmilərinin nüvə proqramı barədə yeni qərarlar çıxarması mümkündür. Belə bir ehtimal da var ki, gəlirlərin azalması nüvə sahəsində inkişafı əngəlləsin. Şübhəsiz ki, Tehran nüvə proqramını davam etdirmək üçün başqa xərcləri azaldacaq. Hər halda nüvə xərcləri İranın bütün xərcləri
müqabilində o qədər də böyük deyil.

Sanksiyaların məqsədi ixracı dayandırmaq yox, İranı gəlirlərdən məhrum etməkdir

İran Mərkəzi Bankına qarşı sanksiyalar neft ixracını azalda bilər. Amma sanksiyanı tətbiq edənlərin məqsədi bu deyil. Axı ixracın azalması sanksiyanı tətbiq edənlərə nə fayda verə bilər? Olsun ki, ixracın kəsilməsi gəlirləri azaltsın. Amma Vaşinqton və müttəfiqləri bilməlidirlər ki, məqsəd ixracı dayandırmaq yox, gəlirləri azaltmaqdır.

ABŞ və müttəfiqləri neft vasitəsi ilə İranın gəlirlərini azaltmaq yolunu tutub

Gəlirləri tamamilə kəsməkdən öncə onları azaltmaq lazım gələcək. ABŞ əvvəllər dünya bazarında neftin qiymətini azaltmaqla məqsədə çatmayıb. Amma İranın bütün ixracını dayandırmaq üzərində plan cızılır.

Demək, İran Mərkəzi Bankına qarşı sanksiyalar gəlirləri azaltmaq üçün bir vasitədir.

ABŞ və onun müttəfiqləri İranın neftdən gələn gəlirini təkbaşına azalda bilməzlər. Amma Mərkəzi Banka sanksiyalar tətbiq etməklə İranı aşağı qiymətə neft satmağa vadar etmək olar. Şübhəsiz ki, bu zaman müştərilər nefti aşağı qiymətinə görə alacaq. Bu şəraitdə Tehran məcbur olacaq ki, çətin yollarla da olsa, neft ixracını davam etdirsin.

Mərkəzi Banka sanksiya tətbiq olunsa, İran Çin banklarına
üz tuta bilər

Belə görünür ki, Tehran sanksiyaların neft gəlirini azaldacağını görür. İran rəsmiləri elan ediblər ki, zəruri şəraitdə bütün alış-verişi qızılla aparacaqlar. Bu addım yanlış addımdır. İran bu addımdan zərər görə bilər. Amma bu fikir bir daha təsdiqləyir ki, İran təslim olmaq fikrində deyil.

Şübhəsiz ki, İran Mərkəzi Bankı dost ölkələrin bankları vasitəsi ilə əməliyyatları davam etdirəcək. Çin bankları vasitəsi ilə Yuan pul vahidi əməliyyatlara daxil ola bilər.

Neft üzərində sanksiyalar bu günədək İranın gəlirlərini azaltmayıb, bundan sonra da ümid verici deyil

Bu günə qədər İran neft və qaz ehtiyatları ölkə daxilində müamilə olunub. İran dünyada neft ehtiyatlarına görə 4-cü, qaz ehtiyatlarına görə 2-ci ölkədir. Amma Tehran bu ehtiyatlardan tam şəkildə istifadə etmək istəmir. Bununla belə neft istehlakı artır. İranın daxilində neftdən istifadə böyükdür. Amma belə bir həqiqət var ki, neftdən gələn gəlirlər artmaqdadır. ABŞ enerji nazirliyinin hesabatından görünür ki, İran ötən il neftdən 73 milyard dollar gəlir əldə edib. Ehtimal olunur ki, bu il gəlir 96 milyarda çatacaq. Bu gəlir OPEK üzvləri arasında yalnız Ərəbistanın gəlirindən azdır.

- İran Mərkəzi Bankına qarşı
sanksiyaların dünya neft bazarına təsiri

Fransa prezidenti Sarkozinin dünya maliyyə sistemi üçün yaratdığı problem olduqca təhlükəlidir. Fransa bunu gizlətməyə çalışır. Amma nəticələr bütün ölkələrin iqtisadiyyatını hədələyir. Bu səbəbdən də Mərkəzi Banka qarşı sanksiyaların neftin qiymətinə təsir edib-etməyəcəyi sual altındadır. Bu sanksiyalar nə qədər uzanmalıdır ki, İran təslim olsun?

İran neft ixracını azaltsa, dünya neft bazarı böhran yaşayacaq. İrana qarşı sanksiyalarda Ərəbistanın öndə getməsi ona baha başa gələcək. Ərəbistanın neft siyasəti budur ki, neft bazarı daim sabit qalsın. Amma sanksiyalar bu sabitliyi pozacaq.

Riyaz bu fikirdədir ki, ABŞ-ın Yaxın Şərqdə inqilab layihələri səhv addımdır. Ərəbistan yaxşı bilir ki, ABŞ həm də neft üzərində nəzarət üçün vuruşur.

İrana qarşı sanksiyalar neftin qiymətini sıçrayışla artıracaq

Bu il neftin qiyməti 2008-ci ildəkindən yuxarı olub. İl boyu ilk dəfə bir barel neft 100 dollardan baha satılıb. Ötən 147 ildə neftin qiyməti sıçrayışla artıb. Bu artımın səbəblərindən biri də Liviya və Suriya kimi ölkələrdən xam neftin ixracıdır.

Qiymətlərin artımı neft alan ölkələrdə ciddi qorxu yaradıb. Siyasətçiləri bu da narahat edir ki, İrana qarşı sanksiyalar
neftin qiymətini sıçrayışla artıra.

Amma İrana qarşı sanksiyalar beynəlxalq səviyyədə razılaşdırılmalıdır. Yalnız ümumi razılıq şəraitində faciəli böhranın qarşısı alına bilər.

İrana qarşı sanksiyalarda ilk addım neft alan ölkələri inandırmaqdır

İlk öncə sanksiyalardan qabaq neft alan ölkələrə zəmanət verilməlidir. Ötən il İran neftinin 72 faizini Çin, Yaponiya, Hindistan, İtaliya və Cənubi Koreya alıb.

İrana qarşı sanksiyaların ikili təsiri

Başqa bir həssas nöqtə budur ki, İran sanksiyalara necə cavab verəcək. Əvvəllər İran bəyan edib ki, onun neft ixracı əngəllənsə başqa ölkələr də neft sata bilməyəcək. Dünya neft müamilələrinin 40 faizi strateji Hörmüz boğazından reallaşır.

Əsas mövzulardan biri bu sanksiyaların nə qədər uzanacağıdır. Başqa bir sual da qalır ki, sanksiyalar hansı həddə təsirli olacaq. Ümumiyyətlə mövcud sanksiyalar İranın nüvə proqramlarını əngəlləyib Tehranı müzakirələrə vadar edə biləcəkmi? Aydın olan budur ki, hazırda Vaşinqtonda İrana sanksiyalar yox, daha ümumi mövzular araşdırılır.

Patrik Klausun Vaşinqton Araşdırma Mərkəzinin rəisidir. Simon Henderson isə Vaşinqton Araşdırma Mərkəzinin Fars körfəzi üzrə şöbə müdiridir.

"IslamTimes" - Tərcümə şəbəsi
Source : FarsNews
Comment