QR CodeQR Code

ABŞ Salehə yiyə durmur

8 Dec 2011 07:47

IslamTimes - Vaşinqton sabiq Yəmən prezidentinə viza verməkdən imtina edib


Vaşinqton Yəmənin fəxri prezidenti Əli Abdulla Salehə viza verməkdən imtina edib. Bir zamanlar Bin Əli, Hüsnü Mübarək, Qəzzafi kimi Amerikanın məntəqədə tərəfdaşı olan Saleh artıq ABŞ üçün ölmüş kimidir. ABŞ iddia edir ki, əvvəlcə Saleh hakimiyyətin ötürülməsini başa çatdırmalıdır. 

Hazırda Yəməndə müvəqqəti hökumət formalaşdırılıb, fevralın 21-də isə prezident seçkiləri keçirilməlidir. O vaxtadək Saleh rəsmi olaraq «ölkənin fəxri prezidenti» titulunu daşıyır.


Story Code: 120538

News Link :
https://www.islamtimes.org/az/news/120538/abş-salehə-yiyə-durmur

Islam Times
  https://www.islamtimes.org