0
Wednesday 23 September 2009 - 23:08

MOSSADIN YÜKSƏK RÜTBƏLI ZABITI TÜRKMƏNISTANA SƏFIR TƏYIN EDILDI

Story Code : 12073
MOSSADIN YÜKSƏK RÜTBƏLI ZABITI TÜRKMƏNISTANA SƏFIR TƏYIN EDILDI
Məlumata görə Rauven Dinel adlı İsrailin cəsus və xüsusi xidmət orqanı olan Mossadın yüksək rütbəli zabiti İranla sərhəddə cəsusluq fəaliyyətini artırmaq üçün Türkmənistana səfir təyin edilib.

1992-ci ildən rəsmi olaraq MDB ölkələrinin xüsusi xidmət orqanları ilə İsrail xüsusi xidmət orqanları arasında əməkdaşlığa nəzarət edən idarənin rəisi olmuş Rauven Dinel Rusiyadakı İsrail səfirliyində məsləhətçi də işləyib.

Mossadın rəsmi məlumatına görə digər diplomatlardan fərqli olaraq Rauven Dinel müsəlman ölkələrinin dövlət məmurları ilə münasibət qurmağı daha yaxşı bilir.

Türkmən hökümətinin yeni qərarı ilə İsrail rejiminin səfirliyi Ak Altın adlı 8 mərtəbəli hoteldə yerləşəcək.

Sionist tərəfi səfirliklərini bu cür daha yaxşı təhlükəsizliyini qoruyacaqlarını düşünürlər.

İsrailin bu şəxsi məhs İranla sərhəd Türkmənistana səfir göndərməsi də diplmatiya deyil yeni cəsusluq missiyası kimi dəyərəndirilir.

Nəzərinizə çatdıraq ki, Rauven Dinel Rusiyanın Kosmik Kəşfiyyat Mərkəzinin rəisi polkovnik Aleksandr Volkovu pul ilə ələ alır.

Bundan sonra rusiyalı polkovnik İsrailə cəsusluq edir.

Bir çox məlumatları ötürdükdən sonra Rusiya xüsusi xidmət orqanları Volkovun izinə düşür, 1996-cı il 13 dekabrda isə Belaruskaya adlı metroda Rauven Dinel ilə birlikdə yaxalanır.

Volkov Dinelə yaxın şərq ölkələrinin gizli foto şəkillərini təqdim edərkən Federal Təhqiqat Bürosu oradaca onları həbs edir.

Sonra Mossadın yüksək rütbəli zabiti Rusiyadan qovulur.
Source : İslam-Azeri.az
Comment