QR CodeQR Code

Ərdoğan

QARABAĞ NIZAMLANMASINDA IRƏLILƏYIŞ OLMALIDIR

Türkiyənin baş naziri həmsədrləri bu məsələdə fəal olmağa çağırıb.

ANS , 23 Sep 2009 23:34

Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan erməni-türk münasibətlərinin normallaşması üçün Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişlərə doğru addımların atılmasının vacibliyini önə çəkib.


Rəsmi Ankara hesab edir ki, Ermənistan-Türkiyə sərhədlərinin açılması və ilin sonunda İrəvanla diplomatik münasibətlərin bərpası üçün Dağlıq Qarabağ problemində tərəqqi əldə olunmalıdır.

“ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistanla münasibətlərin nizamlanmasında mühüm rol oynayır. Mən həmsədrləri münaqişənin həlli istiqamətində səyləri ikiqat artırmağa çağırıram”, - deyə Nyu-Yorkda səfərdə olan baş nazir bildirib.


Story Code: 12074

News Link :
https://www.islamtimes.org/az/news/12074/qarabağ-nizamlanmasinda-irəliləyiş-olmalidir

Islam Times
  https://www.islamtimes.org