0
Wednesday 23 September 2009 - 23:46
Türkiyə və Ermənistan arasında

QEYRI-RƏSMI TICARƏT DÖVRIYYƏSI 200 MILYON DOLLARDIR

Kaan Soyak: “Sərhədlərin açılması ilə ticarət həcmi üç ildə 1 milyard dollara çatacaq”
Story Code : 12075
QEYRI-RƏSMI TICARƏT DÖVRIYYƏSI 200 MILYON DOLLARDIR
Gürcüstan vasitəsilə ticarətdə əsas yeri qida və təmizlik malları, o cümlədən, inşaat vəsaitləri tutur. Türkiyə-Ermənistan İş İnkişafı Şurasının həmsədri Kaan Soyakın fikrincə, sərhədlərin açılması ilə ticarət həcmi üç ildə 1 milyard dollara çatacaq. 

Ermənistanla sərhədlərin bağlandığı 1993-cü ildə Türkiyənin xarici ticarət dövriyyəsi 44,7 milyard dollar olub. Bunun bir faizini Ermənistanla aparılan ticarət təşkil edib. 16 il əvvəl Türkiyə Ermənistana başda qida və tekstil məhsulları başda olmaqla 4 milyon 148 min dollarlıq mal ixrac edib və 319 min dollarlıq mal idxalı olub.
Source : ANS
Comment