0
Saturday 10 December 2011 - 00:56

Vaşinqton Moskvaya qarşı

Story Code : 120939
Vaşinqton Moskvaya qarşı
Vaşinqton Moskvaya qarşı
Amerikanın dövlət katibi Hillari Klinton Brüsseldə keçirilən mətbuat konfransında Rusiya parlament seçkiləri ilə bağlı narahatlığın əsaslı olduğunu deyib.

Milli.Az xəbər portalı BBC-yə istinadən bildirir ki, Rusiyanın baş naziri seçkilərdən sonra yer alan etirazları şərh edərək Amerikanın çıxardığı ilk nəticələrinin erkən olduğunu bildirib.

“Mən amerikalı partnyorlarımızın ilk reaksiyasını gördüm. Dövlət katibi ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosunun materiallarını almamışdan öncə belə seçkiləri qeyri-ədalətli və qeyri-dürüst adlandırıb”, - Vladimir Putin deyib.

Onun sözlərinə görə, bu, ölkə daxilində siqnal kimi qəbul edilərək Dövlət Departamentinin köməyi ilə fəal işə təkan verdi.

Dövlət departamentinin sözçüsü Vladimir Putinin bəyanatını “həqiqətdən uzaq” kimi dəyərləndirib.

Rusiya baş naziri deyib ki, vətəndaşların əksəriyyəti “vəziyyətin Ukrayna və Qırğızıstandakı kimi inkişafının əleyhinədir”.

“Biz öz suverenliyimizi qorumağa borcluyuq və qanunvericiliyin təkmilləşməsi, daxili siyasi proseslərə təsirlə bağlı xarici ölkələrin vəzifələrini yerinə yetirənlərin məsuliyyətinin artırılması üzərində düşünməliyik”, - Putin bildirib.

Dövlət departamenti bildirib ki, Amerikanın maliyyələşdirmə proqramları bu və digər siyasi qruplara himayədarlıq deyil, daha “şəffaf, azad və ədalətli seçki prosesinin” dəstəyinə xidmət edir.
Comment