Rusiya xarici işlər nazirinin müavini Serqey Ryabkov televiziyalardan birinə verdiyi müsahibədə belə deyib. O qeyd edib ki, İranın nüvə proqramı ilə bağlı razılığa gəlinməsi üçün səylərin artırılması lazımdır: “Biz israilli həmkarlarımıza Rusiyanın nə üçün bu yöndə səy etdiyini izah etdik. İsraili hərbi əməliyyatları başlamaması istiqamətində xəbərdarlıq etdik”.
O, həmçinin qeyd edib ki, İranın nüvə proqramını hərbi yöndə inkişaf etdirməsi haqda heç bir dəlil yoxdur.