0
Saturday 26 September 2009 - 06:59

AZƏRBAYCANDA YENI NEFT KƏMƏRI TIKILƏ BILƏR

Story Code : 12149
AZƏRBAYCANDA YENI NEFT KƏMƏRI TIKILƏ BILƏR
"Sutkada 100 min barelədək Qazaxıstan nefti Bakı-Tbilisi-Ceyhan boru kəməri və dəmir yolu ilə Gürcüstanın Kulevi və Batumi limanlarınadək daşınır. Qazax neftinin Azərbaycandan keçməklə ixracının tezliklə artmasının gözlənilməsi ilə, biz bu həcmin Bakı-Supsa neft kəməri ilə çatdırılmasını və yeni boru kəmərinin inşası variantlarını öyrənirik", - Abdullayev deyib.

KazEnergy Assosiasiyasının rəhbəri Timur Kulibayev deyib ki, Qazaxıstan tədricən "böyük neft" ixracına çıxacaq.

"Birinci faza 50 milyon tonadək təşkil edəcək. Etibarlı marşrut lazımdır", - Kulibayev deyib, Trend Capital-ın Astanadakı xüsusi müxbiri xəbər verir.

Onun sözlərinə görə, "Kaşaqan" yatağından çıxarılan neftin bir hissəsi XBKK (Xəzər Boru Kəməri Konsorsiumu) boru kəməri ilə nəql ediləcək.

"XBKK-nın genişləndirilməsi barədə sazişə nail olmuşuq və ilin sonundək bu boru kəmərinin genişləndirilməsi üzrə yekun danışıqlara başlayacağımızı düşünürəm. 2012-ci ilə boru kəməri genişləndiriləcək", - Kulibayev deyib.

"Görürük ki, neftimizin Azərbaycan və digər ölkələr vasitəsilə daşınması üzrə əlavə qüvvələrə ehtiyac var. Buna görə də, mövcud Bakı-Supsa neft kəmərinin istifadə imkanlarını nəzərdən keçirmək və lazım olarsa, elə bu dəhlizdə yeni boru kəməri tikmək barədə razılığa gəlmişik. Boru kəmərinin gücü və investisiyalar barədə danışmaq hələ tezdir, ekspertlər dəqiq rəqəmlər üzərində işləməlidirlər", - Kulibayev deyib.
Source : Trend AİA
Comment