0
Monday 12 December 2011 - 15:12

ABŞ-ın Suriyaya növbəti müdaxilə cəhdi

Story Code : 121570
ABŞ-ın Suriyaya növbəti müdaxilə cəhdi
ABŞ-ın Suriyaya növbəti müdaxilə cəhdi
Qəzet bildirir ki, Hakkari vilayətində həmin müxaliflərə ABŞ və NATO qüvvələri təlim keçib.

"IslamTimes" xəbər verir ki, Türkiyənin Milliyyət qəzeti ABŞ federal araşdırmalar bürosunun sabiq işçisi Sibel Edmondzdan belə nəql edir: ABŞ və NATO qüvvələri Suriya hökumətinə müxaliflərə Türkiyənin cənub-şərqində Hakkaridə təlim keçib.

Sibel Edmondz sözünə belə davam edir: Türkiyə mənbələrindən
alınan məlumata görə Bəşar Əsədə müxalif qüvvələr may ayından bu günədək təlimlərdə iştirak edib. Onlara Azad Suriya ordusunun komandanı Riyaz əl-Əsəd başçılıq edib.

O vurğulayıb: ABŞ həm də Türkiyədəki İncirlik hərbi bazasından Suriyaya qaçaq silah göndərib.

Suriya dövləti Bəşar Əsədin müxaliflərini ölkədəki təxribat və dağıntıların əsas günahkarı kimi tanıyır. Azad Suriya ordusunun yeganə
məqsədi Bəşar Əsəd dövlətini hakimiyyətdən uzaqlaşdırmaq və onun yerində ABŞ-ın mənafelərinə xidmət edəcək birini oturtmaqdır.

Bu iddialar elə bir vəziyyətdə ortaya qoyulur ki, Bəşar Əsəd mülki vətəndaşlara qarşı hər hansı zorakılıqla bağlı ittihamları rədd edir.

Politoloq Toni Kartaloçi Qlobal Riserç saytında yazır: Belə nəzərdə tutulmuşdu ki, Suriyada 1991-ci ildə rejim dəyişsin. 2002-ci ildə Corc Buşun vaxtında Suriya şər
mərkəzi elan olundu. Daha sonra Bəşar Əsədin müxalifləri himayə edildi.

ABŞ xarici işlər naziri Klinton Suriyanın daxili işlərinə müdaxilənin acı nəticələrini görməməzliyə vurub bu ölkədə vətəndaş müharibəsindən danışır. Suriya xarici işlər naziri Vəlid əl-Müəllim bildirib ki, Klinton və Davudoğlunun bəyanatları onların müharibə istəyini göstərir. 

"IslamTimes" - Tərcümə şöbəsi

Source : MehrNews
Comment